6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Putin ingilislərin talan etməyə meyli ilə bağlı zarafat edib

22-dekabr-2025
Putin ingilislərin talan etməyə meyli ilə bağlı zarafat edib
Yazı Ölçüsü:

Rusiya Prezidenti Vladimir Putin İngiltərənin Hindistanı işğal etməsi mövzusuna toxunarkən ingilislərin “talan etməyə olan sevgisi” ilə bağlı zarafat edib.

"PostMedia" xəbər verir ki, Vladimir Putin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammiti çərçivəsində şəhərə gələn birlik ölkələrinin liderləri üçün Ermitaj muzeyinə ekskursiya təşkil edib. Nümayəndə heyətlərinin rəhbərlərini Ermitajın baş direktoru Mixail Piotrovski müşayiət edib.

Muzeyin zallarından birində Piotrovski Böyük Moğol İmperiyası dövrünə aid eksponatları təqdim edib.

“Bunlar moğol incəsənətinin parlaq şah əsərləridir, Hindistan incəsənətidir. Bu, Hindistanda dəbdəbə ilə dolu bir dövr idi. Məhz ingilislər də bu zənginliyi – qiymətli daşları gördükləri üçün Hindistana üz tutdular”, – deyə Piotrovski bildirib.

Rusiya Prezidenti isə bu fikrə zarafatla reaksiya verərək əlavə edib:
“Və talan etməyi sevənlər kimi ora da getdilər”.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930