Slovakiya Baş naziri Robert Fitso 27 illik tikintidən sonra istifadəyə verilən Vişneve yeraltı tunelində konki ilə sürüşüb.
"PostMedia" xəbər verir ki, siyasətçinin bu təcrübəsi barədə onun "Facebook" səhifəsində paylaşım edilib.
Baş nazirin paylaşdığı videoda onun tunel boyu diyircəkli konki ilə necə sürüşdüyü görünür. O, tunelin açılışını qeyd etmək üçün onu başdan-ayağa qət edib.
«Bu gün gülümsəyən hər kəsə qoşuluram, çünki Vişneve tuneli slovakiyalıların həyatını yaxşılaşdıracaq, bu isə siyasətin əsas missiyasıdır», — deyə Fitso yazıb.
Media orqanlarının məlumatına görə, obyektin tikintisinə 1990-cı illərin sonunda başlanılıb və çoxsaylı fasilələr və gecikmələr səbəbindən 27 ildən çox davam edib. 7,5 kilometr uzunluğundakı tunel magistral yollardan birinin yeni 13,5 kilometrlik hissəsinin əsas hissəsidir və Slovakiyanın ən uzun avtomobil tunelidir.