N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

22-dekabr-2025
Turan Hüseynli
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.

"PostMedia" xəbər verir ki, təbriklərdə dövlət başçısına cansağlığı, uzun ömür, eləcə də Azərbaycan dövlətinin daha da güclənməsi naminə gördüyü işlərdə uğurlar dilənib.

Dekabrın 22-də ölkə başçısını Xorvatiya Prezidenti Zoran Milanoviç, Tacikistan Prezidenti Emoməli Rəhmon, Tatarıstanın Rəisi Rüstəm Minnixanov, Dağıstanın Rəhbəri Sergey Məlikov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının prezidenti İlqar Rəhimov, ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik, Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev təbrik edib.

Azərbaycan liderini təbrik edənlər arasında müxtəlif ölkələrin nüfuzlu şəxsləri, ayrı-ayrı ölkələrdə fəaliyyət gtöstərən Azərbaycan təşkilatlarının rəhbərləri və başqa tanınmış şəxslər yer alıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 24 dekabr 1961-ci ildə doğulub.

Kateqoriyalar