N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

Avropa və Afrika 2040-cı ilə qədər unikal sualtı tunellə birləşə bilər

22-dekabr-2025
Turan Hüseynli
Avropa və Afrika 2040-cı ilə qədər unikal sualtı tunellə birləşə bilər
Yazı Ölçüsü:
İspaniya və Mərakeş hakimiyyət orqanları Cəbəllütariq boğazının altından keçən və Avropa ilə Afrikanı birbaşa birləşdirə biləcək iddialı sualtı dəmir yolu tuneli layihəsinin müzakirəsini bərpa ediblər.
PostMedia” xəbər verir ki, bu barədə "Express" nəşri məlumat yayır.
Belə bir tikilinin ideyası XX əsrin sonlarından bəri müzakirə olunsa da, yalnız indi texniki araşdırmalar sayəsində o, yenidən gündəmə gəlib.
Ümumi uzunluğu təxminən 42 kilometr olan yolun sualtı hissəsi 28 kilometr oolacaq və bu da dəniz səviyyəsindən 470 metrdən çox dərinlikdə yerləşir. Bu, məşhur Lamanş tunelindən (Avro-tunel) daha dərindir.
Tunel Cənubi İspaniyadan (Kadis əyalətinin Punta Paloma bölgəsi yaxınlığından) Şimali Mərakeşə (Tanjer yaxınlığındakı Malabata burnuna) qədər uzanacaq.
İspaniya hakimiyyətinin sifarişi ilə Almaniya şirkəti tərəfindən aparılan son mühəndislik araşdırmaları, bölgənin mürəkkəb geoloji və tektonik şəraitinə baxmayaraq, müasir texnologiyalarla belə bir tunelin inşasının mümkün olduğunu təsdiqləyib.
Siyasi razılıq əldə olunarsa, hazırlıq işləri 2030-cu ildən, əsas tikinti mərhələsi isə 2035–2040-cı illərdə həyata keçirilə bilər.
Layihənin qiyməti ən azı 15 milyard avro qiymətləndirilir. Bunun 8,5–9 milyard avrosunu İspaniyanın, qalan hissəsini isə Mərakeşin maliyyələşdirəcəyi gözlənilir.
Tunel inşa edilərsə, iki qitə arasında birbaşa dəmir yolu əlaqəsi təmin olunacaq. Bu, sərnişin və yük daşımaları, ticarət və turizm üçün yeni imkanlar açacaq, həmçinin Avropa ilə Şimali Afrika arasında iqtisadi və mədəni əlaqələri gücləndirəcək.
Kateqoriyalar