Rusiya tərəfi Ermənistandan Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu xətlərinin bərpası məsələsini müzakirə etməyə hazırdır.
"PostMedia" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, söhbət dəmir yolunun bərpası layihəsinə investisiyaların yatırılmasından gedir.
Mirzoyan qeyd edib ki, bununla bağlı müvafiq siqnalları bir neçə gün əvvəl alıb.
Nazirin sözlərinə görə, layihənin detalları onun həyata keçirilməsi şərtlərindən asılı olacaq.