6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

ENERGETİKA

Venesuela OPEK-dən çıxa bilər

28-avqust-2026, 22:36
Venesuela OPEK-dən çıxa bilər
Yazı Ölçüsü:
Neft İsteghsal edən Ölkələrin Təşkilatının (OPEC) beş təsisçi ölkəsindən biri olan Venesuela hazırda qurumdan çıxmaq imkanını müzakirə edir.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin mənbələri məlumat verib.
BBC-nin bildirdiyinə görə, bu ideya ABŞ nümayəndələri ilə aparılan danışıqlar zamanı müzakirə olunub, lakin hələlik yekun qərar qəbul edilməyib.
Bloomberg qeyd edib ki, Venesuelanın OPEC-dən çıxması və bununla da mövcud hasilat məhdudiyyətlərindən azad olması gələcəkdə ölkəyə neft hasilatını artırmağa imkan verə bilər. Eyni zamanda, bu, ABŞ-yə Venesueladakı planlarını daha fəal şəkildə həyata keçirmək imkanı yaradacaq. Agentlik xatırladıb ki, hazırda ABŞ Venesuelanın neft yataqlarında böyük pay əldə etmək üçün danışıqlar aparır.
Bunun mümkünlüyü 2026-cı ilin əvvəlində ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronu həbs etməsindən sonra yaranıb. Hazırda Maduro Nyu-Yorkda mühakimə olunur.
"Bloomberg" xatırladıb ki, may ayında daha bir iri neft ixracatçısı - Birləşmiş Ərəb Əmirlikləri OPEKC-dən çıxıb, iyun ayında isə İraq təşkilatdan çıxma ehtimalının nəzərdən keçirildiyini açıqlayıb.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930