6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO

09-noyabr-2025, 13:30
Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO
Yazı Ölçüsü:

"Xalq Bank" ASC 9 Noyabr - Bayraq Günü münasibətilə sosial şəbəkə səhifələrində etdiyi paylaşımda kobud səhvə yol verib.

PostMedia” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bankın süni intellektlə hazırlanmış paylaşımında Azərbaycan bayrağı düzgün təsvir olunmayıb.

Belə ki, dövlət bayrağının üzərində əks olunmuş ulduzun güşələrinin sayı azaldılaraq 7-yə endirilib, bu isə anlaşılmaz görüntü ortaya çıxarıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun 11-ci maddəsində dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur.

Qeyd edilir ki, bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə "Foton" MMC-yə məxsusdur.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930