6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

ABŞ-dən "Honda" gətirənlərin diqqətinə: Təkərləri qopa bilər

07-noyabr-2025, 22:56
ABŞ-dən "Honda" gətirənlərin diqqətinə: Təkərləri qopa bilər
Yazı Ölçüsü:
"Honda Motor" şirkəti ABŞ-də 406 290 avtomobili istehsal qüsuru səbəbilə geri çağırır.
"PostMedia"nın məlumatlına görə, ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) bildirib ki, problem alüminium təkərlərin istehsal qüsuru nəticəsində ayrılma riski ilə bağlıdır.
Geri çağırma 2016–2021-ci illərin “Honda Civic” modellərinə aid edilir. Bu avtomobillərdə 18 düymlük alüminium təkərlər orijinal aksesuar kimi satılıb.
NHTSA-nin açıqlamasına görə, dilerlər avtomobilləri pulsuz yoxlayacaq, ehtiyac olarsa təkər və digər hissələri dəyişiləcək.
Qurum bildirib ki, bu addım sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
"Honda" daha əvvəl oxşar texniki nasazlıqlarla bağlı bir sıra modellərdə geri çağırma kampaniyaları həyata keçirmişdi.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031