6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Macarıstan ABŞ-dən Rus nefti ilə bağlı sanksiyalardan azad olunmağı xahiş edəcək

31-oktyabr-2025, 23:55
Macarıstan ABŞ-dən Rus nefti ilə bağlı sanksiyalardan azad olunmağı xahiş edəcək
Yazı Ölçüsü:

Macarıstanın enerji təchizatı əsasən boru kəmərləri ilə bağlıdır, buna görə də ABŞ-nin ikinci dərəcəli sanksiyaları Rus nefti alışı səbəbindən tətbiq oluna biləcəyi üçün Macarıstanın bundan azad olunması vacibdir.

"PostMedia" DW-yə istinadən xıbır verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

O, bu məsələni noyabrın 7-də Trampla planlaşdırılmış görüşdə qaldıracağını deyib.

Bundan əvvəl "Politico" yazıb ki, Orban Macarıstana Rusiyadan neft idxalını qorumaq üçün əlindən gələni edir və Xorvatiyanı alternativ təchizatçı kimi qəbul etmir.

Budapeşt Zaqrebi xam neftin yüksək qiymətinə görə tənqid edir və Xorvatiyadan tranzitin Macarıstana kifayət qədər neft təmin edə bilməyəcəyini iddia edir.

Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar isə "Politico"ya bildirib ki, bu ittihamlar “uzun müddətdir səslənir və 100% əsassızdır”.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930