6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Ailə BOKT-unun dövlətə yarım milyon manatdan çox borcu yaranıb

30-oktyabr-2025, 10:36
Ailə BOKT-unun dövlətə yarım milyon manatdan çox borcu yaranıb
Yazı Ölçüsü:
Başqalarına borca pul verən Bank Olmayan Kredit Təşkilatı "İnternational"" Açıq Səhmdar Cəmiyyətinin özü borca düşüb.
PostMedia” xəbər verir ki, Şirkətin dövlətə 560 933,99 manat vergi borcu yaranıb.
Qeyd edək ki, 2013-cü ildə yaradılan BOKT-un qanuni təmsilçisi Həsənov Nicat Vaqif oğludur.
Səhmdar Cəmiyyətin Müşahidə Şurasının sədri Həsənov Rifat Vaqif oğlu, İdarə heyəti sədri isə qardaşı Həsənov Nicat Vaqif oğludur.
Eyni zamanda Rifat Həsənov BOKT-un həm də Audit komitəsinin sədridir.
ASC-nin İdarə heyətinin 2 üzvü də Həsənovlar ailəsinin nümayəndələri Cabbarova Leyla Vaqif qızıAbdullayeva Məhin Vaqif qızıdır.
Bundan əlavə "Express Lombard" ASC-nin səhmlərinin 45%-nin Nicat Həsənova, digər 45%-nin Rifat Həsənova və 10%-nin isə Leyla Cabbarovaya məxsus olduğu deyilir.
Eyni zamanda “Express Lombard”ın səhmdarları eyni pay bölgüsü ilə "İnternational Leasing" ASC-yə də sahiblik edirlər.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031