6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Natali Muravidze: “Azərbaycan banklararası faiz dərəcəsi (AZIR) indeksinin yenilənməsi, ölkənin maliyyə bazarlarının müasirləşməsi baxımından dönüş nöqtəsidir”

15-may-2025, 16:21
Natali Muravidze: “Azərbaycan banklararası faiz dərəcəsi (AZIR) indeksinin yenilənməsi, ölkənin maliyyə bazarlarının müasirləşməsi baxımından dönüş nöqtəsidir”
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:
Azərbaycan Mərkəzi Bankı (AMB), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) texniki dəstəyi ilə Azərbaycan banklararası faiz dərəcəsi (AZIR) indeksinin hesablanması və dərc olunması metodologiyasını yeniləyib.
"PostMedia" xəbər verir ki, yeni yanaşma 30, 90 və 180 günlük toplanan faiz dərəcələrini və AZIR toplanan faiz indeksini əhatə edir.
Avropa Yenidənqurma və İnkişaf Bnakının (EBRD) Azərbaycandakı rəhbəri Natali Muravidze isə deyib ki, Azərbaycan banklararası faiz dərəcəsi (AZIR) indeksinin yenilənməsi, ölkənin maliyyə bazarlarının müasirləşməsi baxımından dönüş nöqtəsidir.
Onun sözlərinə görə, bu dəyişikliklər bazara etibarlı istinad faiz dərəcəsi təqdim edir, manatla ifadə olunan maliyyə alətlərinin inkişafına şərait yaradır, pul siyasətinin ötürülmə effektivliyini artırır və banklararası bazarın aktivliyini gücləndirir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031