21°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Son 1 ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 5%-dək azalıb

15-may-2025
Admin
Son 1 ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 5%-dək azalıb
Yazı Ölçüsü:

2025-ci ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5069,3 milyon manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,6 % az investisiya yönəldilib

"PostMedia" Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7 % azalıb, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,3 % artıb.

Ümumi sərmayənin 2578,8 milyon manatı və ya 50,9 % məhsul istehsalı sahələrinin, 1627,6 milyon manatı (32,1 %) xidmət sahələrinin, 862,9 milyon manatı (17,0 %) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 48,4 % dövlət, 51,6 % qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 78,3 % tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 74,4 % təşkil edib.

2025-ci ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 43,1 % sənaye, 23,4 % tikinti, 22,4 % nəqliyyat və anbar təsərrüfatı, 2,2 % turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 % informasiya və rabitə, 1,6 % təhsil, 1,5 % kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,2 % maliyyə və sığorta, 1,1 % dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,6 % ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,3 % əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər biri 0,2 % olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 % peşə, elmi və texniki fəaliyyət sahələrinə sərf edilib.

Kateqoriyalar