6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

"Uber" "Trendyol"un bir hissəsini alır

06-may-2025, 23:29
"Uber" "Trendyol"un bir hissəsini alır
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

"Uber" Türkiyənin yemək və ərzaq çatdırılma platforması olan "Trendyol GO"nun 700 milyon dollara 85%-lik nəzarət payını alacağını bildirib.

"PostMedia" bu barədə qurumların verdiyi açıqlamaya istinadən xəbər verir.

Məlumatda deyilir ki, bu səhmlərin alınması, Türkiyənin e-ticarət şirkəti "Trendyol Group"dan həyata keçiriləcək. Sövdələşmə baş tutrasa "Uber" ölkə üzrə müştərilərə xidmət göstərən, 90 mindən çox restoran və marketdən sifarişləri 19 min kuryer vasitəsilə çatdıran bir platformaya nəzarəti ələ alacaq.

Bildirilib ki, prosesin tamalanması rəsmi qurumların qərarından sonra mümkün olacaq.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031