6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

"Kia" flaqman "K9" modelinin istehsalını dayandırır

27-iyul-2026, 06:07
"Kia" flaqman "K9" modelinin istehsalını dayandırır
Yazı Ölçüsü:
"Kia" 2026-cı ilin sonunadək flaqman "K9" (K900) sedanının istehsalını dayandıracaq.
"PostMedia" xəbər verir ki, bu barədə "Drom.ru" məlumat yayıb.
"Hyundai-Kia" model sıralarında "K9" həmişə eyni sinfə və platformaya malik "Genesis G90" modelindən sonra ikinci planda olub. Bunun əvəzində "Kia K9" daha münasib qiymətlə təklif edilirdi.
Salonun işlənmə keyfiyyəti, modifikasiya çeşidi və avadanlıq səviyyəsinə görə "K9" 2Genesis G90"dan geri qalsa da, model həmişə "G90"da istifadə olunan bütün güc aqreqatları, o cümlədən 5,0 litrlik V8 mühərrik ilə təklif olunub. Son nəsildə avtomobil hətta tam ötürücülü versiyada da satışa çıxarılıb.
"Kia K9"un ən populyar olduğu dövrdə satış coğrafiyasına Cənubi Koreya, ABŞ, Kanada, Rusiya, BƏƏ və Latın Amerikasının bəzi ölkələri daxil idi. Son bir neçə ildə isə model yalnız Cənubi Koreya daxili bazarında satılırdı.
K9-un istehsal proqramının bağlanması gözlənilməz sayılmır. Böyük sedanlara tələbat son illərdə kəskin azalıb. Cənubi Koreyada 2025-ci ildə cəmi 1 581, 2026-cı ilin ilk yarısında isə 734 ədəd "Kia K9" satılıb.
"Kia K9"un tarixində diqqətçəkən məqamlardan biri də odur ki, "Genesis G90" kimi bu modeldə də heç vaxt altı silindrdən az mühərrik quraşdırılmayıb.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031