6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

"Apple" "Samsung" və LG-dən "iPhone 18 Pro Max" üçün ekranların qiymətini endirə bilib

25-iyul-2026, 08:16
"Apple" "Samsung" və LG-dən "iPhone 18 Pro Max" üçün ekranların qiymətini endirə bilib
Yazı Ölçüsü:

"Apple" gələcək "iPhone 18 Pro Max" modeli üçün OLED ekran panellərinin alış qiymətinin azaldılması ilə bağlı əsas təchizatçıları olan "Samsung Display" və "LG Display" ilə uğurlu danışıqlar aparıb.

"PostMedia" Cənubi Koreyanın "The Elec" nəşrinə istinadən xəbər verir ki, 2Apple" əvvəlcə bir panelin qiymətini 70 dollara endirməyi hədəfləyirdi ki, bu da "iPhone 17 Pro Max" üçün istifadə olunan analoji ekranlardan təxminən 20% ucuz idi. Lakin yekun razılaşmaya əsasən, hər panelin qiyməti təxminən 66,5 dollar olacaq.

Şirkətin əsas tərəfdaşlarına qiymət endirilməsi ilə bağlı təzyiq göstərməsinin başlıca səbəbi operativ və daimi yaddaş çiplərinin bahalaşmasıdır. Smartfonların istehsal xərclərinin ümumi artmasının qarşısını almaq və mənfəət marjasını qorumaq üçün "Apple" digər komponentlərin maya dəyərini azaltmağa çalışır.

Bununla belə, ekranların keyfiyyətində hər hansı geriləmə gözlənilmir. Yeni nəsil panellər "M16" nəsil üzvi materiallardan istifadə edilməklə yenilənmiş texnologiya əsasında istehsal olunacaq ki, bu da daha yüksək parlaqlıq, enerji səmərəliliyi və rəng ötürülməsi təmin edəcək.

Gözlənilir ki, "iPhone 18 Pro Max" üçün ekran tədarükünün həcmi on milyonlarla ədəd təşkil edəcək və bazarın əsas payını "Samsung Display" və "LG Display" bölüşəcək.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031