6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Yaponiya ilk vahid kəşfiyyat idarəsini yaradacaq

24-iyul-2026, 15:40
Yaponiya ilk vahid kəşfiyyat idarəsini yaradacaq
Yazı Ölçüsü:
Yaponiyanın Milli Kəşfiyyat İdarəsi (MKİ) iyulun 31-də fəaliyyətə başlayacaq. Qurumun ilk rəhbəri hazırda hökumətə tabe olan Kəşfiyyat və Araşdırmalar Bürosuna rəhbərlik edən 59 yaşlı Kazuya Hara olacaq.
"PostMedia" xəbər verri ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Həmin gün baş nazir Sanae Takaçinin sədrliyi ilə Milli Kəşfiyyat Şurasının ilk iclası da keçiriləcək. Şuranın tərkibinə hökumətin əsas nazirləri, o cümlədən xarici işlər, müdafiə, ədliyyə və maliyyə nazirləri daxil olacaq.
Yeni qurum hökumətin Kəşfiyyat və Araşdırmalar Bürosunun bazasında yaradılacaq və ilkin mərhələdə 730 əməkdaşdan ibarət ştatı qoruyub saxlayacaq. MKİ kəşfiyyat məlumatlarının təhlili, mövcud kəşfiyyat və əks-kəşfiyyat bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi, həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) da daxil olmaqla xarici tərəfdaşlarla əməkdaşlıqla məşğul olacaq.
Bu qurum Yaponiya tarixində ilk mərkəzləşdirilmiş kəşfiyyat strukturu olacaq. Gələcəkdə hökumət əks-kəşfiyyat haqqında qanunvericiliyin hazırlanmasını və xarici agent statusunun tətbiqi imkanını da nəzərdən keçirməyi planlaşdırır.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031