ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ticarət gəmilərinə, yüklərə və ya onlarla əlaqəli əmlaka dəyən istənilən zərər ABŞ-nin nəzarəti altında olan və dondurulmuş İran aktivləri hesabına kompensasiya ediləcək.
"PostMedia" xəbər verir ki, ABŞ lideri bununla bağlı açıqlamanı "Truth Social" sosial şəbəkəsində yayımlayıb.
"Bu bəyanat bildiriş xarakteri daşıyır ki, bu andan etibarən və yeni göstəriş verilənədək gəmilərə, yüklərə və ya onlarla əlaqəli hər hansı digər əmlaka vurulan bütün zərər ABŞ-ın sərəncamında və nəzarətində olan İran vəsaitləri hesabına ödəniləcək. Bu zərər çox böyük ola bilər, lakin buna baxmayaraq, bu, ədalətli və əsaslandırılmış addımdır", – deyə Tramp yazıb.