6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Netanyahu Trampın Səudiyyə Ərəbistanı ilə bağlı tələbinə dəstək verib

24-iyul-2026, 14:56
Netanyahu Trampın Səudiyyə Ərəbistanı ilə bağlı tələbinə dəstək verib
Yazı Ölçüsü:

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə nüvə energetikası sahəsində sazişin yalnız Ər-Riyadın İbrahim Razılaşmalarına qoşulacağı təqdirdə təsdiqlənməsi ilə bağlı mövqeyini alqışlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin açıqlama yayıb.

"Prezident Trampın dediyi kimi, Səudiyyə Ərəbistanının İbrahim Razılaşmalarına qoşulması Yaxın Şərqdə sülhə doğru tarixi addım olacaq".

Netanyahunun ofisi qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatları, eləcə də Tehranın dəstəklədiyi qruplaşmaların zəiflədilməsi İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması prosesinin genişlənməsi üçün şərait yaradıb.

Daha əvvəl Tramp bəyan etmişdi ki, Vaşinqtonla Ər-Riyad arasında nüvə energetikasının inkişafına dair saziş yalnız Səudiyyə Ərəbistanı İbrahim Razılaşmalarına qoşulacağı halda təsdiqlənəcək.

İyulun 22-də ABŞ və Səudiyyə Ərəbistanının energetika nazirləri Kris Rayt və Əbdüləziz bin Salman Al Səud müvafiq sazişi imzalayıblar. Sənəd artıq ABŞ Konqresinin müzakirəsinə göndərilib və Amerika şirkətlərinin Səudiyyə Ərəbistanının nüvə energetikası sahəsinin inkişafında iştirakını nəzərdə tutan uzunmüddətli əməkdaşlığı əhatə edir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031