6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Hitlerin doğulduğu evdə polis bölməsi açılıb

24-iyul-2026, 17:09
Hitlerin doğulduğu evdə polis bölməsi açılıb
Yazı Ölçüsü:

Avstriyanın Braunau am Inn şəhərində Adolf Hitlerin doğulduğu evdə polis bölməsi fəaliyyətə başlayıb. Bölmənin rəsmi açılış mərasimi iyulun 22-də keçirilib. Tədbirdə Avstriyanın daxili işlər naziri Gerhard Karner də iştirak edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Avstriya hakimiyyəti illərlə evin sahibi ilə məhkəmə çəkişməsi aparıb. Nəticədə bina 2016-cı ildə dövlət ehtiyacları üçün özgəninkiləşdirilib. Əvvəlcə Hitlerin doğulduğu evin sökülməsi planlaşdırılsa da, sonradan bu fikirdən imtina edilib və binanın polis bölməsinə çevrilməsinə qərar verilib.

2020-ci ildə binanın yenidən qurulması üzrə müsabiqənin nəticələri açıqlanarkən bildirilmişdi ki, onun polis bölməsinə çevrilməsi üçün 5 milyon avro xərclənəcək.

Reuters-in qeydinə görə, hazırda binanın Hitlerin doğulduğu yer olduğunu xatırladan yeganə əlamət evin yaxınlığında yerləşən xatirə daşıdır. Mauthauzen həbs düşərgəsindən gətirilən həmin daşın üzərində "Faşizm – bir daha heç vaxt" sözləri həkk olunub.

Adolf Hitler 1889-cu ildə Zalsburq yaxınlığındakı Braunau am Inn şəhərində yerləşən bu evdə anadan olub. Müxtəlif illərdə binada məktəb, kitabxana, eləcə də əlilliyi olan şəxslər üçün sığınacaq fəaliyyət göstərib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930