6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Merts Almaniya hökumətində kadr dəyişiklikləri anons edib

24-iyul-2026, 14:07
Merts Almaniya hökumətində kadr dəyişiklikləri anons edib
Yazı Ölçüsü:

Almaniya kansleri Fridrix Merts hökumətdə ilk kadr dəyişiklikləri barədə məlumat verib və yaxın vaxtlarda yeni təyinatların olacağını bildirib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, Federal Kansler Aparatının rəhbəri Torsten Frayı səhiyyə naziri Nina Varken əvəz edəcək. Bununla da Varken bu quruma rəhbərlik edən ilk qadın olacaq. Fray isə istefa vermiş Yens Şpanın yerinə Bundestaqda Xristian Demokrat və Xristian Sosial İttifaqları (CDU/CSU) fraksiyasının rəhbəri vəzifəsini tutacaq.

Almaniyanın yeni səhiyyə naziri CDU-nun baş katibi Karsten Linneman olacaq.

Bundan başqa, Kansler Aparatında federal mərkəzlə əyalətlər arasında əlaqələr üzrə dövlət naziri Mixael Maysteri Rəqəmsallaşma Nazirliyinin parlament dövlət katibi Filip Amtor əvəz edəcək.

Merts bildirib ki, hökumətdə növbəti kadr dəyişiklikləri ilə bağlı qərarlar zəruri məsləhətləşmələr başa çatdıqdan sonra açıqlanacaq.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930