6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

ABŞ-də "Mercedes-Benz" avtomobillərinin satışına qadağa qoyula bilər

24-iyul-2026, 04:00
ABŞ-də "Mercedes-Benz" avtomobillərinin satışına qadağa qoyula bilər
Yazı Ölçüsü:
ABŞ Senatının Ticarət Komitəsi Çin kapitalının iştirakı olan avtomobil istehsalçılarına qarşı məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
"PostMedia"nın "Reuters"ə istinadən məlumatına görə, təşəbbüs qəbul ediləcəyi təqdirdə Almaniyanın "Mercedes-Benz" şirkətinə də təsir göstərə bilər.
Təklif olunan qaydalara əsasən, səhmlərinin 15 faizdən çoxu çinli investorların nəzarətində olan şirkətlərin ABŞ bazarında fəaliyyətinə qadağa tətbiq oluna bilər. Komitənin sədri Ted Kruz bildirib ki, çinli səhmdarların təxminən 20 faizlik paya malik olması səbəbindən "Mercedes-Benz" də bu meyara uyğun gəlir. Bununla yanaşı, o, sənədin hələ də təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb.
Kruz qeyd edib ki, qanun layihəsinin bəzi müddəaları "General Motors" konserni tərəfindən dəstəklənir. Şirkət isə bildirib ki, məqsəd ayrı-ayrı istehsalçılarla rəqabət aparmaq deyil, ABŞ avtomobil istehsalının və sənayenin qlobal rəqabət qabiliyyətinin gücləndirilməsidir.
Qanun layihəsinin həmmüəllifi, senator Berni Moreno bildirib ki, avtomobil istehsalçıları üçün 2030-cu ilə qədər keçid dövrü nəzərdə tutulur və bəzi hallarda istisnalar tətbiq oluna bilər.
"Mercedes-Benz" isə ABŞ-də geniş fəaliyyət göstərdiyini xatırladaraq, qanunvericiliyin tələblərini nəzərə almağa hazır olduğunu, eyni zamanda əməkdaşlarının, tərəfdaşlarının və müştərilərinin maraqlarını qorumağa davam edəcəyini bəyan edib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930