Litva vətəndaşı Rusiya xeyrinə casusluq fəaliyyətində şübhəli bilinərək saxlanılıb.
"PostMedia" xəbər verir ki, barədə Litvanın Baş Prokurorluğu məlumat yayıb.
Qurumun məlumatına görə, saxlanılan şəxs barəsində məhkəməyədək istintaq aparılır. Xüsusi xidmət orqanları onun qanunsuz yolla məlumat topladığını və bu məlumatları Rusiya tərəfinə ötürə biləcəyini müəyyən edib.
İstintaq hesab edir ki, şübhəli hərbi obyektlər, hərbi texnika və onun hərəkəti ilə bağlı məlumatlarla maraqlanıb.
Litva qanunvericiliyinə əsasən, casusluq fəaliyyəti 6 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.