6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Əraqçi Trampın İran aktivlərinin müsadirəsi ilə bağlı bəyanatını tənqid edib

24-iyul-2026, 13:56
Əraqçi Trampın İran aktivlərinin müsadirəsi ilə bağlı bəyanatını tənqid edib
Yazı Ölçüsü:
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə gəmilərə və yüklərə dəyən ziyanın İranın dondurulmuş aktivləri hesabına ödənilməsi ilə bağlı bəyanatını tənqid edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Sky News" Əraqçinin açıqlamasına istinadən məlumat yayıb.
İran XİN rəhbərinin sözlərinə görə, başqa bir dövlətin aktivlərinin onlarla birbaşa əlaqəsi olmayan gələcək iddiaların ödənilməsi üçün müsadirə edilməsi "təhlükəli presedent" yaradır.
"Belə addımları alqışlayan və ya onlardan faydalananlar yadda saxlamalıdırlar ki, hökumətlər müsadirəni qanuniləşdirdikdən sonra artıq heç kimin aktivləri təhlükəsiz olmayacaq. Yaranacaq xaos nə xoş, nə də dinc olacaq", – deyə Əraqçi bildirib.
Bundan əvvəl Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalını, o cümlədən miqyasına görə "Epic Fury" əməliyyatını da üstələyə biləcək zərbələrin endirilməsini nəzərdən keçirdiyini açıqlamışdı.
Eyni zamanda, ABŞ Nümayəndələr Palatası ikinci dəfə prezidenti İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağırıb. Respublikaçılar Partiyasının bir neçə nümayəndəsi partiya rəhbərliyinin mövqeyinə zidd olaraq qətnaməni dəstəkləyib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031