6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

İran regionun bəzi ölkələrinə mümkün zərbələr barədə xəbərdarlıq edib

24-iyul-2026, 01:37
İran regionun bəzi ölkələrinə mümkün zərbələr barədə xəbərdarlıq edib
Yazı Ölçüsü:

Tehran ABŞ-nin İrana davam edən zərbələri fonunda regionun bir sıra ölkələrini xəbərdar edərək mümkün cavab hücumları barədə bəyanat verib.

"PostMedia" xəbər verir ki, müvafiq açıqlama İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai tərəfindən X sosial şəbəkəsində paylaşılıb.

Onun sözlərinə görə, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper bildirmişdi ki, Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan bir sıra ölkələr və İordaniya İrana qarşı hərbi zərbələrdə iştirak ediblər.

"Əgər ABŞ-ın bu iddiası həqiqətə uyğun deyilsə, həmin ölkələr bunu rəsmi şəkildə təkzib etməlidirlər. Belə olan halda, İran özünün ayrılmaz və qanuni özünümüdafiə hüququndan istifadə edərək həmin dövlətlərin ərazisində yerləşən ABŞ hərbi bazaları və obyektlərinə zərbələr endirdikdə, 'İranın motivləri' ilə bağlı suallar vermək məntiqi təhrif etmək və ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey deyil", – deyə Bəqai bildirib.

O vurğulayıb ki, həmin ölkələrin öz ərazilərini ABŞ-ın hücumları üçün hərbi dayaq məntəqəsi kimi təqdim etməsi BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən onları bu hərəkətlərə şərik edir, həmçinin mehriban qonşuluq prinsipinin və BMT Nizamnaməsinin 2-ci maddəsinin kobud şəkildə pozulması hesab olunur.

Qeyd edək ki, Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına altı ölkə – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031