6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Latviya Rusiyada və Belarusda istehsal olunan kitabların, geyimlərin və oyuncaqların idxalını qadağan edib

24-iyul-2026, 01:16
Latviya Rusiyada və Belarusda istehsal olunan kitabların, geyimlərin və oyuncaqların idxalını qadağan edib
Yazı Ölçüsü:
Latviya Rusiya və Belarusda istehsal olunan bir sıra məhsulların ölkəyə idxalını qadağan edib. Ölkə Seymi (parlamenti) iyulun 23-də "Ukraynanın mülki əhalisinə dəstək haqqında" qanuna müvafiq dəyişiklikləri son oxunuşda qəbul edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Delfi" nəşri məlumat yayıb.
Məhdudiyyət tətbiq olunacaq məhsulların tam siyahısını hökumət təsdiqləyəcək. Artıq məlumdur ki, siyahıya rus dilində kitablar və dövri nəşrlər, video oyunlar, idman malları, oyuncaqlar, geyim və ayaqqabılar daxil edilə bilər.
Qadağa yalnız birbaşa idxala deyil, həm də üçüncü ölkələr vasitəsilə bu məhsulların tədarükünə şamil olunacaq. Bununla yanaşı, Rusiya və Belarusda istehsal olunan məhsulların Latviya ərazisindən Avropa İttifaqının digər ölkələrinə tranzitinə əvvəlki kimi icazə veriləcək.
Latviyanın xarici işlər naziri Bayba Braje bildirib ki, Rusiya kitab və dövri nəşrlərdən təbliğat məqsədilə istifadə edir. Hökumət etiraf edir ki, yeni qadağa bəzi sahələrdə qiymət artımına səbəb ola bilər, lakin qeyd edir ki, bütün bu məhsulları digər ölkələrin istehsalı ilə əvəz etmək mümkündür.
Qanun layihəsinin izahatında qeyd olunur ki, 2022-ci ildən bəri Latviyanın Rusiya və Belarusdan idxalı 91 faiz azalıb. 2025-ci ildə bu göstərici 193 milyon avro təşkil edib ki, bu da ölkənin ümumi mal idxalının 1 faizindən də azdır. Qadağa tətbiq edilməsi nəzərdə tutulan məhsulların payı isə təxminən 12,5 milyon avro təşkil edib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031