6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Gürcüstan qaranlığa qərq olub

24-iyul-2026, 12:41
Gürcüstan qaranlığa qərq olub
Yazı Ölçüsü:

İyulun 24-nə keçən gecə Gürcüstanın bütün ərazisində, o cümlədən Tbilisi və digər şəhərlərdə elektrik enerjisinin kütləvi kəsilməsi baş verib. İşıqlar işğal altında olan Abxaziyada da sönüb.

"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, elektrik enerjisinin verilişi eyni vaxtda, təxminən saat 00:10-da dayanıb. Nasazlıq səbəbindən "Georgian Water and Power" şirkətinin nasos stansiyalarının fəaliyyəti avtomatik dayandırılıb. Ölkədə elektrik enerjisi istehlakı kəskin şəkildə azalaraq 1860 MVt-dan 564 MVt-a düşüb.

Elektrik enerjisinin verilişi saat 02:00-dan sonra mərhələli şəkildə bərpa olunmağa başlayıb, səhər saatlarında isə ölkə üzrə tam bərpa edilib. Dövlət Elektrik Sistemi qəzanın səbəblərinin araşdırıldığını, ətraflı məlumatın daha sonra açıqlanacağını bildirib.

Bu, Gürcüstanda ilk belə hadisə deyil. 2025-ci ilin aprelində də "Kavkasioni" 500 kV-luq elektrik ötürücü xəttində baş vermiş qəza səbəbindən genişmiqyaslı elektrik kəsintisi yaşanmışdı.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031