6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Rusiya Qara dənizdəki sularını təhlükəli zona elan edib

24-iyul-2026, 00:26
Rusiya Qara dənizdəki sularını təhlükəli zona elan edib
Yazı Ölçüsü:

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə ölkəyə məxsus akvatoriyada Ukraynanın hava və dəniz pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi səbəbindən naviqasiyanın riskli olduğunu açıqlayıb.

"PostMedia"nın məlumatına görə, nazirliyin həftəlik bülletenində bildirilib ki, xəbərdarlıq Rusiyanın Qara dənizdəki bütün müstəsna iqtisadi zonasına, o cümlədən ölkənin regiondakı əsas ixrac mərkəzi olan Novorossiysk limanı ətrafına şamil edilir.

Məlumata görə, qərar Ukraynanın son həftələrdə Qara və Azov dənizlərində Rusiya ilə əlaqəli gəmilərə qarşı həyata keçirdiyi silsilə hücumlardan sonra qəbul olunub. Bloomberg-in yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyulun 8-20-si tarixlərində Rusiyaya aid olduğu bildirilən azı 124 gəminin, o cümlədən 89 neft tankerinin hədəfə alındığını açıqlayıb.

Hücumlardan sonra Novorossiysk limanında yerli vaxtla gecə saat 00:00-dan səhər 05:00-dək gəmilərin hərəkətinə şifahi məhdudiyyət tətbiq edildiyi, bunun isə yükləmə və boşaltma proseslərinə mənfi təsir göstərə biləcəyi qeyd olunur.

Bu həftə Xəzər Boru Kəməri Konsorsiumu da gəmi sahiblərinin təhlükəsizlik narahatlıqları səbəbindən yükləmələri müvəqqəti dayandırıb. Bu addım Qazaxıstanda neft hasilatının azalmasına səbəb olub. Bloomberg-in qiymətləndirməsinə görə, Qara dənizdən ixracın uzunmüddətli pozulması qlobal neft bazarında qiymətlərə əlavə təzyiq yarada bilər.

Ukrayna isə Rusiya dəniz logistikasına zərbələri davam etdirdiyini bildirir. Ukrayna komandanlığının məlumatına əsasən, "MoLoÇKa" əməliyyatı çərçivəsində iyulun 6-22-si aralığında təxminən 200 üzən vasitə vurulub. Paralel olaraq, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın neft bazaları və hərbi-logistika infrastrukturuna qarşı hücumlar həyata keçirir.

Rusiya isə cavab olaraq Odessa və Çornomorsk limanlarına zərbələri davam etdirir. Ukraynanın kənd təsərrüfatı nazirinin müavini Taras Visotskinin sözlərinə görə, bu səbəbdən gəmi sahibləri kənd təsərrüfatı məhsullarının ixracı üçün limanlara girişləri müvəqqəti dayandırıblar.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031