6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Merts nəqliyyat nazirini vəzifədən uzaqlaşdırmağa hazırlaşır - "Bild"

24-iyul-2026, 12:23
Merts nəqliyyat nazirini vəzifədən uzaqlaşdırmağa hazırlaşır - "Bild"
Yazı Ölçüsü:
Almaniya kansleri Fridrix Merts nəqliyyat naziri Patrik Şnayderi (CDU) vəzifəsindən azad etməyi planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə "Bild" qəzeti hakim koalisiyadakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qərarın əsas səbəbi kanslerin Nəqliyyat Nazirliyinin fəaliyyətindən narazı qalmasıdır. Narazılıq xüsusilə ölkənin dəmir yolu şəbəkəsində və nəqliyyat infrastrukturunda davam edən problemlərlə əlaqələndirilir.
"Bild"in yazdığına görə, nazirliyin rekord həcmdə büdcəyə malik olmasına baxmayaraq, infrastrukturun müasirləşdirilməsi və "Deutsche Bahn" dəmir yolu şirkətinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində ciddi irəliləyiş əldə olunmayıb.
Mənbələrin sözlərinə görə, Fridrix Merts nəqliyyat sahəsindəki böhranı siyasi problem kimi qiymətləndirir. Onun fikrincə, vətəndaşlar yolların və dəmir yollarının vəziyyətini dövlətin öz funksiyalarını səmərəli yerinə yetirə bilməməsinin göstəricisi hesab edirlər.
Qeyd olunub ki, Almaniya hökumətində kadr dəyişiklikləri davam edir. Daha əvvəl Federal Kansler Aparatının və Səhiyyə Nazirliyinin rəhbərliyində də mümkün dəyişikliklər barədə məlumatlar yayılmışdı.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031