6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Tramp: “Venesuelanı ABŞ-nin energetika naziri idarə edir”

24-iyul-2026, 00:41
Tramp: “Venesuelanı ABŞ-nin energetika naziri idarə edir”
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Venesuelanın faktiki olaraq ABŞ-nin energetika naziri Kris Rayt tərəfindən idarə olunduğunu iddia edib.

PostMedia” xəbər verir ki, Tramp Vaşinqtonda keçirilən tədbirdə iştirakçılara Kris Raytı təqdim edərkən “Venesuelanı o idarə edir”, – deyə bildirib.

ABŞ lideri həmçinin Vaşinqtonun Venesuela ilə münasibətlərini yüksək qiymətləndirib.

“Venesuela ilə əla münasibətlərimiz var. Venesuela xalqı indi çox xoşbəxtdir. Dünyanın ən böyük neft şirkətləri ora gedir və əvvəllər mümkünsüz hesab edilən biznes layihələrini həyata keçirirlər”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, Venesuela hasil olunan neftdən daha çox gəlir əldə edir, ABŞ isə bu əməkdaşlıqdan ciddi qazanc götürür.

“Biz Venesuela neftinin bir hissəsini alırıq, onlar da bir hissəsini saxlayırlar. Venesuela indi tarixində heç vaxt olmadığı qədər çox qazanır. Biz də bu neftdən çox gəlir əldə edirik. Düşünürəm ki, buna haqqımız çatır”, – deyə Tramp əlavə edib.

Xəbərdə qeyd olunur ki, ABŞ qüvvələri bu ilin yanvarında Venesuelanın mülki və hərbi obyektlərinə əməliyyat keçirərək ölkənin prezidenti Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi saxlayıb. Onlar yanvarın 5-də Nyu-Yorkun Cənub Dairəsi Federal Məhkəməsinə çıxarılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak ittihamı ilə mühakimə olunurlar. Madura və həyat yoldaşı ittihamları rədd edirlər.

Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini prezident səlahiyyətlərini icra edən Delsi Rodriges həyata keçirir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031