6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

ABŞ Nümayəndələr Palatası Trampı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə qəbul edib

23-iyul-2026, 20:26
ABŞ Nümayəndələr Palatası Trampı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnamə qəbul edib
Yazı Ölçüsü:
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampı İrana qarşı hərbi əməliyyatları dayandırmağa çağıran qətnaməni qəbul edib.
"PostMedia" xəbər verir ki, sənədin lehinə 214, əleyhinə isə 208 konqresmen səs verib. Qətnaməni hakim Respublikaçılar Partiyasını təmsil edən dörd konqresmen də dəstəkləyib.
Qətnamədə ABŞ prezidentindən Silahlı Qüvvələrin İran İslam Respublikasına qarşı hərbi əməliyyatlarda istifadəsinin dayandırılması tələb olunur və faktiki olaraq mümkün quru əməliyyatlarının keçirilməsinə qarşı çıxılır.
Bununla belə, sənəd ABŞ administrasiyası üçün hüquqi baxımdan məcburi qüvvəyə malik deyil və yalnız tövsiyə xarakteri daşıyır. Bu cür qətnamələrdə qanunvericilər öz mövqelərini ifadə edir və icra hakimiyyəti onları nəzərə almaya bilər.
ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti prezidentə deyil, Konqresə məxsusdur. Bununla yanaşı, son onilliklərdə ABŞ prezidentləri xaricdə hərbi qüvvədən istifadə ilə bağlı Konqresin verdiyi səlahiyyətləri daha geniş şəkildə şərh ediblər.
Məlumata görə, yaxın saatlarda oxşar qətnamənin ABŞ Senatında da səsverməyə çıxarılması istisna edilmir.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031