6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Aİ "Google"u rəqəmsal bazar qaydalarını pozduğuna görə 890 milyon avro cərimələyib

23-iyul-2026, 18:35
Aİ "Google"u rəqəmsal bazar qaydalarını pozduğuna görə 890 milyon avro cərimələyib
Yazı Ölçüsü:
Avropa Komissiyası "Google" şirkətini Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərini pozduğuna görə 890 milyon avro məbləğində cərimələyib.
"PostMedia" xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərar Komissiyanın apardığı araşdırmanın nəticələrinə əsasən qəbul edilib. Araşdırma zamanı "Google"un internet axtarış nəticələrində öz xidmətlərinə əsassız üstünlük verdiyi müəyyən olunub.
Bundan əlavə, Avropa Komissiyası şirkəti "Google Play" platformasında tətbiq hazırlayanlar üçün süni məhdudiyyətlər tətbiq etməkdə də ittiham edib.
Komissiya qeyd edib ki, "Google" bu qərardan məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930