6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

ABŞ: Türkiyə "S-400" sistemlərindən imtina etməyənə qədər "F-35" qırıcılarını ala bilməyəcək

23-iyul-2026, 22:43
ABŞ: Türkiyə "S-400" sistemlərindən imtina etməyənə qədər "F-35" qırıcılarını ala bilməyəcək
Yazı Ölçüsü:
ABŞ Dövlət Departamenti Konqresə ünvanladığı məktubda bildirib ki, Türkiyə Rusiyadan aldığı "S-400" zenit-raket komplekslərindən imtina etməyənə və ABŞ qanunvericiliyinin digər tələblərini yerinə yetirməyənə qədər "F-35" qırıcılarını ala bilməyəcək.
"PostMedia" xəbər verir ki, bu barədə "Turkish Minute" məlumat yayıb.
Məktubda qeyd olunur ki, Prezident Donald Trampın Türkiyəyə qarşı sanksiyaların yumşaldılması və ölkənin "F-35" proqramına qayıtması ilə bağlı açıqlamalarına baxmayaraq, mövcud qanunvericilik məhdudiyyətləri qüvvədə qalır.
İyulun 22-də hazırlanan və "Kathimerini" qəzetinin əldə etdiyi sənəd Konqres üzvü Uesli Bellin sorğusuna cavab olaraq "Ağ Ev" adından ABŞ Dövlət Departamenti tərəfindən hazırlanıb.
Sənəddə vurğulanır ki, CAATSA ("Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə Aktı") və digər hüquqi normalar Türkiyəyə "F-35" qırıcılarının verilməsini qadağan edir.
Şərtlər arasında Türkiyənin "S-400" sistemləri və onlarla əlaqəli avadanlıqlardan tam imtina etməsi, gələcəkdə oxşar Rusiya istehsalı sistemləri almamaq öhdəliyini götürməsi, eləcə də digər sertifikatlaşdırma tələblərini yerinə yetirməsi göstərilir.
“Türkiyə hələ də bu şərtləri yerinə yetirməyib”, – deyə məktubda bildirilir.
Bununla yanaşı, Vaşinqton və Ankara arasında "S-400" məsələsi ilə bağlı danışıqların davam etdiyi qeyd olunur. ABŞ Dövlət Departamenti mümkün razılaşmanın şəffaf, qanuni və ABŞ-nin milli təhlükəsizlik maraqlarına uyğun olmalı olduğunu vurğulayıb.
Məktubda həmçinin bildirilir ki, ABŞ Türkiyəni NATO-nun mühüm müttəfiqi hesab edir və qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir. Eyni zamanda, Vaşinqton ABŞ maraqlarına zidd addımlar atıldığı hallarda Ankaranı məsuliyyətə cəlb edəcəyini də qeyd edib.
Sənəddə Türkiyənin Rusiya–Ukrayna və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ABŞ-ın diplomatik səylərinə, eləcə də Qəzza zolağındakı vəziyyətlə bağlı təşəbbüslərə dəstək verdiyi, həmçinin İŞİD-ə qarşı regional antiterror əməliyyatlarında iştirak etdiyi də vurğulanıb.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031