6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

ABŞ Məxfi Xidmətinin əməkdaşı Cey Di Vensin səfərləri ilə bağlı məlumat sızdırmaqda şübhəli bilinir

23-iyul-2026, 16:58
ABŞ Məxfi Xidmətinin əməkdaşı Cey Di Vensin səfərləri ilə bağlı məlumat sızdırmaqda şübhəli bilinir
Yazı Ölçüsü:
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin mühafizəsini təmin edən Məxfi Xidmət əməkdaşlarından biri onun səfərləri ilə bağlı məlumatları sızdırmaqda şübhəli bilindiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
"PostMedia" xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, vitse-prezidentin şəxsi səfərləri zamanı təhlükəsizlik resurslarından əsassız istifadə edilməsi ilə bağlı məlumatları yaydığı ehtimal olunan şəxsin kimliyi müəyyən edilib.
Mənbələrin bildirdiyinə görə, araşdırmanı ABŞ Məxfi Xidmətinin daxili nəzarət bölməsi aparır. Hazırda həmin şəxsə qarşı inzibati tədbirlərin görüləcəyi, yoxsa cinayət ittihamının irəli sürüləcəyi hələ dəqiqləşməyib.
Bundan əvvəl "MS Now" telekanalı Məxfi Xidmət əməkdaşlarının Cey Di Vensin ailəsinin mühafizəsi üçün ayrılmış dövlət resurslarından istifadə tərzindən narazı olduqları barədə məlumat yaymışdı.
Məlumata görə, son narazılıq vitse-prezidentin kiçik oğlunu qolf məşqinə aparmaq üçün hərbi helikopterdən istifadə etməsi ilə bağlı olub. Telekanalın mənbələri bildiriblər ki, bəzi təhlükəsizlik əməkdaşları Vensin əvvəlki vitse-prezidentlərlə müqayisədə dövlət resurslarından həddindən artıq istifadə etdiyini düşünürlər.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031