6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Səudiyyə şahzadəsi Londondakı lüks hoteldə ölü tapılıb

23-iyul-2026, 23:27
Səudiyyə şahzadəsi Londondakı lüks hoteldə ölü tapılıb
Yazı Ölçüsü:
Səudiyyə Ərəbistanı kralının uzaq qohumu olan şahzadə Londondakı lüks hotellərdən birində ölü vəziyyətdə tapılıb.
"PostMedia" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Bildirilib ki, 29 yaşlı şahzadənin meyiti ötən ilin noyabr ayında Londonun Kensinqton rayonunda yerləşən bahalı hotelin otağının hamamında aşkar edilib. Onu otağın təmizliyini aparan hotel əməkdaşı tapıb.
İstintaqın nəticələrinə görə, mərhumun qanında yüksək miqdarda spirtli içki və narkotik maddə aşkarlanıb. Məhkəmə-tibbi ekspertizası onun hər hansı ciddi xroniki xəstəlikdən əziyyət çəkmədiyini göstərib.
"The Telegraph" yazır ki, şahzadənin ölümünə ürəyin dayanması səbəb olub.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930