6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Moskva vilayətində Rusiyanın "Su-57" qırıcısı qəzaya uğrayıb

23-iyul-2026, 15:44
Moskva vilayətində Rusiyanın "Su-57" qırıcısı qəzaya uğrayıb
Yazı Ölçüsü:

Rusiyanın Moskva vilayətində, Zveniqorod yaxınlığındakı Lutsino kəndi ərazisində "Su-57" tipli qırıcı təyyarə qəzaya uğrayıb.

"PostMedia" xəbər verir ki, bu barədə"Mash" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, təlim uçuşu həyata keçirən təyyarənin pilotu katapult etməyə müvəffəq olub, təyyarə isə açıq sahəyə düşüb.

Odintsovo İnformasiya Mərkəzinin Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda qəzanın səbəbləri araşdırılır. Fövqəladə xidmətlər yerli sakinlər üçün hər hansı təhlükənin olmadığını bildirib.

Qeyd edək ki,"Su-57" Rusiyanın beşinci nəsil çoxməqsədli qırıcı təyyarəsidir və 2020-ci ilin sonunda Rusiya Hərbi-Kosmik Qüvvələrinin silahlanmasına qəbul edilib. 2023-cü ilin sonunadək bu tipdən 22 ədəd istehsal olunub.

Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Vadim Badexa daha əvvəl bildirmişdi ki, "Su-57" hazırda real döyüş əməliyyatlarında istifadə olunan yeganə beşinci nəsil qırıcıdır. O, bununla Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni nəzərdə tuturdu.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930