6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə daha 32 bankı daxil edəcək

23-iyul-2026, 14:49
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə daha 32 bankı daxil edəcək
Yazı Ölçüsü:

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində daha 32 Rusiya bankına qarşı məhdudiyyətlərin tətbiq olunmasını razılaşdırıb.

"PostMedia" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.

Onun sözlərinə görə, yeni paketə əsasən, daha 32 Rusiya bankı Aİ-nin "qara siyahısı"na salınacaq və onlarla maliyyə əməliyyatlarının aparılması qadağan ediləcək.

Sanksiyalar həmçinin Rusiyanın "kölgə donanması"na da şamil olunacaq. Bundan əlavə, Rusiya neftinə tətbiq edilən qiymət tavanının dəyişdirilməsi bir il müddətinə dondurulacaq. Ursula fon der Lyayen bildirib ki, məqsəd Rusiyanın neft qiymətlərindəki dalğalanmalardan faydalanmasının qarşısını almaqdır.

O, həmçinin Aİ-nin Rusiya hərbçilərinin birlik ərazisinə girişinin formal şəkildə qadağan edilməsi istiqamətində mühüm addım atdığını qeyd edib.

İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makenti isə bildirib ki, Aİ ölkələrinin səfirləri yeni sanksiyalar paketi üzrə layihəni razılaşdırıblar. Sənədin qüvvəyə minməsi üçün onu Avropa İttifaqı Şurası təsdiqləməlidir.

Məlumata görə, may ayından hazırlanan paket yalnız üçüncü cəhddə razılaşdırılıb. İlkin variantda təxminən 90 bank, eləcə də 170 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlərin nəzərdə tutulmasına baxmayaraq, sonradan sənəd bir sıra Aİ ölkələrinin etirazlarından sonra yumşaldılıb.

Rusiya hakimiyyəti isə Qərbin tətbiq etdiyi sanksiyaları qeyri-qanuni və səmərəsiz hesab etdiyini bildirir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031