6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Metsamor AES-in istismar müddətinin uzadılması üzrə işlər davam edir

23-iyul-2026, 14:37
Metsamor AES-in istismar müddətinin uzadılması üzrə işlər davam edir
Yazı Ölçüsü:
Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun istismar müddətinin uzadılması istiqamətində işlər davam etdirilir.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan hökumətinə təqdim olunan hesabatda bildirilib.
Məlumata görə, aparılan yoxlamalar çərçivəsində enerji blokunun təhlükəsizliyinin artırılmasına yönəlmiş əlavə tədbirlər hazırlanıb. Həmin tədbirlərin icrasının 2026-cı il 5 oktyabr tarixinədək başa çatdırılması nəzərdə tutulur.
Bununla yanaşı, yanğın risklərinin təhlili əsasında reaktor qurğusunun təhlükəsiz dayandırılması, soyudulması, eləcə də ətraf mühitə radioaktiv tullantıların nəzarətdə saxlanılması və lokallaşdırılması məqsədilə yanğın təhlükəsizliyinin gücləndirilməsinə dair tədbirlər planı hazırlanıb. Bu işlərin icra müddəti 2026-cı il 1 iyul tarixinə qədər müəyyən edilib.
Hesabatda qeyd olunur ki, stansiyanın koordinasiya etdiyi 37 proqramdan 17-si üzrə işlər artıq tamamlanıb.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930