6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Meksikada bələdiyyə sədri meriya binasında qətlə yetirilib

23-iyul-2026, 14:25
Meksikada bələdiyyə sədri meriya binasında qətlə yetirilib
Yazı Ölçüsü:
Meksikanın Temoak şəhərinin meri Valentin Lavin meriya binasında qətlə yetirilib.
"PostMedia" xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Məlumata görə, məhkəmə-tibb ekspertləri və polis məmurun meyitini inzibati binada aşkar ediblər. Prokurorluq cinayətdə əli olan şəxslərin saxlanılması istiqamətində əməliyyata başlayıb.
Bildirilir ki, Prezident Klaudiya Şeynbaumun partiyasını təmsil edən Valentin Lavin bundan əvvəl də, yanvar ayında silahlı hücuma məruz qalmışdı.
Rəsmi məlumatlara əsasən, 2006-cı ildən bəri Meksikada 100-ə yaxın bələdiyyə sədri qətlə yetirilib. Onlardan üçü 2026-cı ildə öldürülüb.
Hakimiyyət orqanları bildirirlər ki, yerli vəzifəli şəxslərə qarşı hücumların əksəriyyəti nüfuz dairələri uğrunda mübarizə aparan cinayətkar qruplaşmalar və narkokartellər tərəfindən həyata keçirilir.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031