6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Ermənistan Prezidentinin səhhətinin pisləşdiyi və xəstəxanaya yerləşdirildiyi deyilir

23-iyul-2026, 13:49
Ermənistan Prezidentinin səhhətinin pisləşdiyi və xəstəxanaya yerləşdirildiyi deyilir
Yazı Ölçüsü:
Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirilib.
"PostMedia" xəbər verir ki, ArmLur.am öz mənbələrinə istinadən prezidentin səhhətinin pisləşdiyini, bu səbəbdən infarktöncəsi vəziyyətdə "Nairi" Tibb Mərkəzinə aparıldığını iddia edib. Məlumata görə, Vaaqn Xaçaturyan burada zəruri müayinələrdən keçdikdən sonra evə buraxılıb.
Lakin NEWS.am-ın sorğusuna cavab olaraq "Nairi" Tibb Mərkəzi bu məlumatları təkzib edib.
Tibb mərkəzindən bildirilib ki, Ermənistan Prezidenti "Nairi"yə planlaşdırılmış tibbi müayinələrdən keçmək məqsədilə müraciət edib. Açıqlamada qeyd olunub ki, nəzərdə tutulan bütün müayinələr və tibbi prosedurlar başa çatdıqdan sonra prezident tibb müəssisəsini tərk edib.
Eyni zamanda vurğulanıb ki, Vaaqn Xaçaturyan xəstəxanaya yerləşdirilməyib və stasionar müalicə almayıb.
Beləliklə, prezidentin infarktöncəsi vəziyyətdə xəstəxanaya çatdırılması ilə bağlı yayılan iddialar tibb müəssisəsi tərəfindən təsdiqlənməyib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930