6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Böyük Britaniya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib

23-iyul-2026, 13:39
Böyük Britaniya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib
Yazı Ölçüsü:

Böyük Britaniyanın Xarici İşlər və Birlik Nazirliyi vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib.

"PostMedia" xəbər verir ki, nazirlik Tehrandakı Böyük Britaniya səfirliyinin fəaliyyətini məsafədən davam etdirdiyini bildirib.

Qurumun açıqlamasında qeyd olunub ki, hazırda İranda yaşayan və ya turist kimi səfərdə olan Böyük Britaniya vətəndaşları ölkədə qalma zərurətini və bununla bağlı riskləri diqqətlə qiymətləndirməlidirlər.

Nazirlik vətəndaşlara yerli və beynəlxalq KİV-i izləməyi, təhlükəsizlik və hərbi obyektlərin yerləşdiyi ərazilərdən uzaq durmağı, həmçinin ölkəni tərk etmə planlarını mütəmadi olaraq yenidən nəzərdən keçirməyi tövsiyə edib.

Bəyanatda o da vurğulanıb ki, İrandan Ermənistan vasitəsilə çıxmaq istəyən Böyük Britaniya vətəndaşları Ermənistanda 180 günədək qalmaq üçün vizaya ehtiyac duymurlar.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930