6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Elektrik dirəyinə dırmaşan ayı faciəvi şəkildə ölüb

23-iyul-2026, 13:32
Elektrik dirəyinə dırmaşan ayı faciəvi şəkildə ölüb
Yazı Ölçüsü:

ABŞ-nin Nyu-Meksiko ştatında elektrik dirəyinin zirvəsinə dırmaşan ayı görənləri təəccübləndirib.

"PostMedia" xəbər verir ki, hadisəni yoldan keçən sürücülər qeydə alaraq aidiyyəti qurumlara məlumat veriblər.

Ayının hansı səbəbdən dirəyə qalxdığı dəqiq bilinməsə də, ehtimal olunur ki, o, təhlükədən qaçmağa çalışıb. Xilasedicilər yüksəkdən yıxılma riski səbəbindən heyvanı sakitləşdirici iynə ilə endirə bilməyiblər. Buna görə də ayını təhlükəsiz şəkildə xilas etmək mümkün olmayıb.

Bir müddət sonra ayı yüksək gərginlik xətlərinə toxunaraq elektrik cərəyanına qapılıb və hadisə yerində tələf olub. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mütəxəssislər bildirirlər ki, vəhşi heyvanlar bəzən insanlardan və ya səs-küydən qorxaraq elektrik dirəklərinə ağac kimi dırmaşırlar ki, bu da onlar üçün ölümcül təhlükə yaradır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930