6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Aİ-nın 16 ölkəsində dövlət borcu tarixi maksimuma çatıb

22-iyul-2026, 14:35
Aİ-nın 16 ölkəsində dövlət borcu tarixi maksimuma çatıb
Yazı Ölçüsü:
Avropa İttifaqının (Aİ) 16 ölkəsində dövlət borcunun həcmi bu ilin birinci rübünün yekunlarına görə tarixi maksimuma yüksəlib.
"PostMedia" xəbər verir ki, bu barədə iyulun 22-də "Eurostat"ın açıqladığı məlumatlarda bildirilir.
İlin ilk dörd ayında Aİ-yə üzv olan 27 ölkənin ümumi dövlət borcu 327,3 milyard avro artaraq müasir tarixdə rekord göstərici olan 15,705 trilyon avroya çatıb. Eurostat bu statistik məlumatları 1994-cü ildən etibarən dərc edir.
Ən böyük dövlət borcu Fransada qeydə alınıb. Ölkədə bu göstərici bir rüb ərzində 75,6 milyard avro artaraq 3,536 trilyon avroya yüksəlib.
İkinci yerdə dövlət borcu tarixi maksimuma çatan İtaliya qərarlaşıb. Ölkənin borcu əvvəlki 3,096 trilyon avrodan 3,158 trilyon avroya yüksəlib.
Antireytinqdə ilk üçlüyü Almaniya tamamlayır. Ölkənin dövlət borcu əvvəlki rübdəki 2,838 trilyon avrodan 2,902 trilyon avroya çatıb.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930