6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Çin orbitə doqquz peyk çıxarıb

22-iyul-2026, 12:34
Çin orbitə doqquz peyk çıxarıb
Yazı Ölçüsü:
Çin "Gravity-1" ("Yinli-1") daşıyıcı raketi vasitəsilə Yerin məsafədən müşahidəsi üçün nəzərdə tutulmuş doqquz peyki orbitə çıxarıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, raket iyulun 22-də saat 10:54-də Şanxay sahillərində yerləşən dəniz platformasından uğurla buraxılıb və bütün peyklər nəzərdə tutulan orbitlərə çatdırılıb.
Söhbət Yerin məsafədən müşahidəsi üçün nəzərdə tutulmuş Dongpo, Xiguang və Tianyi seriyasına aid peyklərdən gedir.
Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir. Ölkə meteoroloji, telekommunikasiya və naviqasiya peykləri hazırlayır, həmçinin Ayın mənimsənilməsi texnologiyalarını inkişaf etdirir.
Dövlət dəstəyi ilə çinli mütəxəssislər asteroidlərin və Marsın tədqiqi üzrə layihələr də həyata keçirirlər. Hazırda orbitdə beynəlxalq əməkdaşlıq üçün nəzərdə tutulmuş Çin kosmik stansiyası fəaliyyət göstərir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031