6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Bu il ən çox dövlət borcu olan ölkələr bunlardır

23-iyul-2026, 09:19
Bu il ən çox dövlət borcu olan ölkələr bunlardır
Yazı Ölçüsü:
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2026-cı ildə ABŞ-ın dövlət borcu 40,7 trilyon dollara çatacaq. Bu göstərici ABŞ-ni dövlət borcunun həcminə görə dünyada birinci yerə çıxaracaq. Bu məbləğ Çin, Yaponiya, Böyük Britaniya və Fransanın ümumi dövlət borcunu da üstələyir.
"PostMedia" xəbər verir ki, bu barədə "Naked Science" nəşri məlumat yayıb.
Lakin dövlət borcu ÜDM-lə müqayisədə fərqli mənzərə ortaya çıxır. ABŞ-da dövlət borcunun ÜDM-ə nisbətinin 126% olacağı gözlənilir ki, bu da ölkəni Yaponiya, Sinqapur, İtaliya və Yunanıstandan geri qoyur.
Mütəxəssislər qeyd edirlər ki, ABŞ-ın əsas üstünlüyü dolların dünyanın əsas ehtiyat valyutası olaraq qalmasıdır. Bu isə dollarla ifadə olunan aktivlərə qlobal tələbatı yüksək səviyyədə saxlayır.
Dövlət borcunun ÜDM-ə nisbətinə görə isə lider yenə də Yaponiya olacaq. Proqnozlara əsasən, 2026-cı ildə bu ölkədə dövlət borcu ÜDM-in 204%-ni ötəcək. Yaponiyada inkişaf etmiş daxili investor bazası və maliyyə sisteminin xüsusiyyətləri bu yüksək göstəricinin yaratdığı riskləri müəyyən qədər azaldır.
Yaponiyadan sonra Sinqapur, Sudan (ÜDM-in 169%-i) və Bəhreyn (ÜDM-in 152%-i) gəlir.
Məqalədə vurğulanır ki, dövlət borcunun ÜDM-ə nisbəti ölkəyə olan investor etimadını tam əks etdirmir. Qiymətləndirmə zamanı dövlət maliyyəsinin vəziyyəti, kredit reytinqi, siyasi sabitlik və maliyyələşmə mənbələrinə çıxış kimi amillər də nəzərə alınır.
Bu səbəbdən Boliviya (ÜDM-in 103%-i) və Mozambik (ÜDM-in 106%-i) kimi ölkələr borc yükü nisbətən aşağı olsa da, Sinqapurla müqayisədə xarici maliyyə cəlb etməkdə daha çox çətinliklə üzləşə bilərlər.
Avropanın bir sıra aparıcı ölkələrində də yüksək büdcə kəsiri və dövlət borcu qalmaqdadır. Yunanıstan və İtaliyada dövlət borcu ÜDM-in 135%-ni keçir. Bununla belə, İtaliyanın təxminən 3,8 trilyon dollarlıq dövlət borcu həcmi Fransa və Böyük Britaniyadan azdır. Fransada dövlət borcu ÜDM-in 118%-i, Böyük Britaniyada isə 104%-i səviyyəsində proqnozlaşdırılır.
İspaniyada dövlət borcunun 2026-cı ildə 2,1 trilyon dollar və ya ÜDM-in təxminən 98%-i həcmində olacağı gözlənilir ki, bu da digər iri Avropa iqtisadiyyatları ilə müqayisədə daha mülayim borc yükü hesab olunur.
Almaniya isə büdcənin struktur kəsirini məhdudlaşdıran konstitusion "borc əyləci" mexanizmini tətbiq etməyə davam edir. Nəticədə Avropanın ən böyük iqtisadiyyatının dövlət borcunun təxminən 3,5 trilyon dollar olacağı gözlənilir ki, bu da Fransa, İtaliya və Böyük Britaniyanın göstəricilərindən aşağıdır.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031