6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Bloomberg: Rusiyalı milyarderlər vəsaitlərini Ermənistan vasitəsilə də xaricə çıxarırlar

23-iyul-2026, 02:09
Bloomberg: Rusiyalı milyarderlər vəsaitlərini Ermənistan vasitəsilə də xaricə çıxarırlar
Yazı Ölçüsü:
Rusiyada aktivlərin müsadirəsi ilə bağlı səs-küylü hadisələr ölkənin varlı elitası arasında dövlətin onların əmlakını ələ keçirə və ya yığımlarını itirə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Agentliyin mənbələri və əldə etdiyi sənədlərə görə, son vaxtlar bir sıra rusiyalı milyarder bank sektorundakı vəziyyətlə bağlı narahatlıqlar fonunda əlavə aktivlərini Rusiyadan çıxarıb.
Bildirilir ki, ötən il ərzində Rusiyanın ən varlı şəxslərindən bəzilərinin investisiya portfellərinin strukturu dəyişib və bu proses son aylarda daha da sürətlənib. Onlar vəsaitlərini əsasən kriptovalyutalara, qızıla, xaricdəki daşınmaz əmlaka və xüsusilə Fars körfəzi ölkələrində fəaliyyət göstərən özəl investisiya fondlarına yönəldirlər.
Bloomberg qeyd edir ki, rusiyalı milyarderlərin kapitalı xaricə çıxarma üsulları da dəyişib. Məqsəd həm Qərbin sanksiyalarından, həm də Kremlin nəzarətindən yayınmaqdır.
Nəşrin məlumatına görə, Dubayın kriptovalyuta mərkəzi kimi mövqeyi rusiyalı elitanın müxtəlif yurisdiksiyalar arasında vəsait köçürməsini asanlaşdırıb. Bundan başqa, son dövrlərdə Ermənistan, Qazaxıstan və Qırğızıstan üzərindən keçən qeyri-rəsmi marşrutlar da getdikcə daha populyarlaşır.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031