6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Hegset: "İranla müharibənin dəyəri artıq 37,5 milyard dollardır"

22-iyul-2026, 01:51
Hegset: "İranla müharibənin dəyəri artıq 37,5 milyard dollardır"
Yazı Ölçüsü:
ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, İranla müharibənin ABŞ-yə başa gələn dəyəri hazırda 37,5 milyard dollar təşkil edir.
"PostMedia" xəbər verir ki, bununla belə, ekspertlər daha əvvəl CNN-ə açıqlamalarında yekun məbləğin bundan xeyli yüksək ola biləcəyini bildiriblər.
Demokrat senator Dik Dörbin büdcə dinləmələri zamanı Heqsetdən ABŞ və İran arasında atəşkəsin faktiki pozulması fonunda hərbi xərclərin daha da artacağını gözləyib-gözləmədiyini soruşub.
Heqset cavabında bildirib ki, açıqlanan 37,5 milyard dollarlıq məbləğə cari əməliyyat xərcləri, o cümlədən maliyyə ilinin sonunadək qoşunların təminatı da daxildir.
Mart ayında analitiklər hesablamışdılar ki, İranla müharibə ABŞ vergiödəyicilərinə gündə 890 milyon dollardan çox vəsaitə başa gəlir. Bu xərclərə hava və dəniz əməliyyatları, quru qoşunlarının saxlanılması, silah sistemlərinin tətbiqi və raketlərin zərərsizləşdirilməsi daxildir.
May ayında Pentaqonun maliyyə nəzarətçisi Culs "Cey" Herst III ilkin xərcləri 29 milyard dollar qiymətləndirmişdi.
Ötən ay isə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) tərəfindən hazırlanan ilkin təhlildə müharibənin ABŞ Müdafiə Nazirliyinə təxminən 40 milyard dollara başa gəldiyi bildirilmişdi. CNN-in məlumatına görə, bu rəqəmə artıq 2026-cı maliyyə ili üçün 1 trilyon dolları aşan müdafiə büdcəsində nəzərdə tutulmuş əməliyyat xərcləri daxil edilməyib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031