6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

TRIPP layihəsinə rəhbərlik edəcək Sokolov kimdir?

16-iyul-2026, 08:42
TRIPP layihəsinə rəhbərlik edəcək Sokolov kimdir?
Yazı Ölçüsü:
ABŞ Dövlət Departamenti "The Guardian" qəzetinin TRIPP layihəsi ilə bağlı yaydığı məlumatı təsdiqləyib.
"PostMedia"nın məlumatına görə, layihənin icrası üçün yaradılan fonda MTS Ermənistan şirkətinin yeni sahiblərindən biri olan Konstantin Sokolov rəhbərlik edəcək.
Ermənistanın "Hraparak" qəzetinin iddiasına görə, Sokolov çinli iş adamı Je Janq ilə birlikdə şirkətlərin alqı-satqısı və idarə olunması sahəsində fəaliyyət göstərir.
Qəzetin yazdığına görə, Konstantin Sokolov ABŞ Prezidenti Donald Trampın uzunmüddətli sponsorlarından biridir və onun seçki kampaniyasına 12 milyon dollar ianə edib. Bildirilir ki, o, bir sıra investisiya fondlarının təsisçisi olub və müxtəlif şirkətlərdə rəhbər vəzifələr tutub.
"Hraparak" həmçinin qeyd edir ki, Sokolov 1975-ci ildə Sankt-Peterburqda anadan olub, yəhudi əsillidir və 2024-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirib.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031