6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Rusiya qazının Azərbaycandan keçməklə İrana nəqli üzrə müqavilə yekun mərhələdədir

13-iyul-2026, 20:38
Rusiya qazının Azərbaycandan keçməklə İrana nəqli üzrə müqavilə yekun mərhələdədir
Yazı Ölçüsü:
Rusiya qazının Azərbaycan üzərindən İrana nəqlini nəzərdə tutan müqavilənin razılaşdırılması üzrə proses yekun mərhələyə çatıb. Tərəflər Rusiyadan İrana qaz tədarükünə dair müqavilənin detallarının razılaşdırılması üzrə son mərhələdədir.
"PostMedia" xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknecat Tehranda Rusiyanın energetika naziri Sergey Tsivilyovla görüşü zamanı bildirib.
Nazirin sözlərinə görə, İran və Rusiya arasında qaz ticarətinə dair yekun müqavilənin əsas müddəaları artıq razılaşdırılıb və sənədin mümkün qədər qısa müddətdə yekunlaşdırılması üçün iş planı hazırlanıb.
Paknecat qeyd edib ki, Tsivilyovla keçirilən görüşün əsas mövzusu enerji sahəsində əməkdaşlığın genişləndirilməsi olub. Tərəflər Rusiya şirkətlərinin İranın neft və qaz yataqlarına investisiyaları məsələsini müzakirə edib, mövcud problemlərin həlli üçün qərarlar qəbul edərək onların icrasını iş planına daxil ediblər.
Xatırladaq ki, Rusiyanın energetika naziri Sergey Tsivilyov 2025-ci ilin yanvarında Moskva ilə Tehranın Azərbaycandan keçməklə İrana uzanacaq qaz kəmərinin marşrutunu razılaşdırdıqlarını bildirib. Onun sözlərinə görə, tərəflər həmin vaxt qazın qiyməti ilə bağlı danışıqların yekun mərhələsində idilər.
Layihənin ilk mərhələsində İrana ildə 2 milyard kubmetrədək qaz nəqli planlaşdırılır. Gələcəkdə bu həcmin 55 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Bundan əvvəl, 2025-ci ilin avqustunda İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a müsahibəsində Rusiya qazının Azərbaycandan keçməklə yaxın vaxtlarda İrana çatdırılacağına ümid etdiyini bildiib və "Qazprom" ilə demək olar ki, bütün məsələlərin həll olunduğunu vurğulayıb.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031