6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Nikol Paşinyanın həyat yoldaşının rəhbərlik etdiyi fond bu il 533 min ianə alıb

14-iyul-2026, 17:45
Nikol Paşinyanın həyat yoldaşının rəhbərlik etdiyi fond bu il 533 min ianə alıb
Yazı Ölçüsü:
Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın rəhbərlik etdiyi "Mənim Addımım" xeyriyyə fondu bu il ümumilikdə 115 milyon dram (təxminən 533 min manat) ianə əldə edib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, ianələrin 70 milyon dramı anonim şəxslər tərəfindən verilib. Onlardan biri 50 milyon, digəri isə 20 milyon dram köçürüb.
Bundan əlavə, fonda “Stil Konsern” şirkəti 20 milyon dram, Ermənistan-İtaliya birgə müəssisəsi “İteks” 10 milyon dram, “Teğut” şirkəti isə 10 milyon dram ianə edib. Daha kiçik məbləğlər isə “Proşyan konyak zavodu”, “Saranist” və "ArCa" kimi şirkətlər tərəfindən verilib.
Məlumata görə, ötən il fondun 10 anonim donoru olub və onların ümumi ianəsi 150 milyon dram (təxminən 695 min manat) təşkil edib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930