6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Gürcüstanda Anakliya limanının Ermənistan və Azərbaycanın iştirakı ilə tikilməsi təklif olunub

14-iyul-2026, 18:55
Gürcüstanda Anakliya limanının Ermənistan və Azərbaycanın iştirakı ilə tikilməsi təklif olunub
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Gürcüstanda müxalifətdə olan “Lelo” partiyasının liderlərindən İrakli Kupradze Anakliya dərin dəniz limanının Gürcüstan, Azərbaycan və Ermənistanın birgə iştirakı ilə tikilməsini təklif edib.

"PostMedia" xəbər verir ki, onun sözlərinə görə, layihə Qafqazda iqtisadi əməkdaşlığı gücləndirə, regionu Avropa ilə birləşdirən əsas logistika mərkəzinə çevrilə və sülhə, sabitliyə töhfə verə bilər.

Kupradze həmçinin hakim “Gürcü Arzusu” partiyasını Anakliya layihəsini illərlə gecikdirməkdə, beynəlxalq tərəfdaşları itirməkdə və strateji layihəni başa çatdıra bilməməkdə ittiham edib. O bildirib ki, liman Qərb tərəfdaşlarının, beynəlxalq maliyyə institutlarının və özəl investorların iştirakı ilə həyata keçirilməlidir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031